Pakistanlı ruhani: “İranın Pakistan və Səudiyyə Ərəbistanının təhlükəsizliyinə xələl gətirməsinə imkan verməyəcəyik”

2017-05-10 14:01

GünAzTV: Pakistan Üləmalər Şurasının rəisi Tahir Mahmud Əşrəfi, mayın 9-da jurnalistlərə açıqlamasında İran Silahlı Qüvvələrinin baş qərargah komandanı Məhəmmədhüsyn Baqirinin Pakistanı təhdid edən son bəyanatına sərt reaksiya verib.

 

Tahir Mahmud Əşrəfi bildirib ki, İran hökuməti ağlını başına yığmalı, Pakistanı Suriya və İraqla səhv salmamalıdır: “Biz, İranın Pakistanı və Səudiyyə Ərəbistanını təhdid etməsini kəskin pisləyir, bildiririk ki, islam dünyası, İranın Pakistana və Səudiyyə Ərəbistanına əl uzatmasına, onların təhlükəsizliyinə xələl gətirməsinə imkan verməyəcək. Pakistan milləti öz ölkəsinin sərhədlərini və şərif hərəmlərin yerləşdiyi müqəddəs Səudiyyə Ərəbistanı ərazilərini necə qorumağı yaxşı bacarır.

 

Pakistan həmişə səbir və dözümlə bölgədə sülhün bərqərar olunmasına çalışıb. Lakin bəzi İran rəsmilərinin Pakistana qarşı bəyanatlar səsləndirməsi qəbuledilməzdir və bu kimi bəyanatlar qarşısında susmaq mümkün deyil. Yaxşısı budur ki, İran Pakistanı və Səudiyyə krallığını təhdid etmək əvəzinə digər ölkələrin daxili işlərinə müdaxiləsindən əl çəksin. Lakin təəssüflər olsun ki, İran və onun rəhbərləri Orta Şərqdə baş verən olaylardan ibrət dərsi almırlar. Bu isə narahatlığa səvbəb olur”.

 

İran Silahlı Qüvvələrinin baş qərargah komandanı Məhəmmədhüseyn Baqiri mayın 8-də jurnalistlərə açıqlamasında Pakistanla Səudiyyə Ərəbistanına qarşı sərt bəyanatlar səsləndirib. Baqirinin açıqlaması, İranın Pakistan sərhədinə yaxın Mircavə məntəqəsində 10 İran sərhədçisinin naməlum silahlı şəxslərin qəfil hücumunda öldürülməsindən iki həftə sonraya təsadüf edib.

 

Baqiri deyib ki, iki qonşu ölkənin müştərək sərhədlərinə hakim indiki durum İran üçün dözülməzdir və Pakistan rəsmiləri öz sərhədlərinə nəzarəti gücləndirməli, İran sərhədçilərini öldürən və bu ölkənin ərazisinə qaçan “terrorçu”ları tutub İrana təhvil verməlidir: “Əks təqdirdə, biz, Amerika tərəfindən təsdiq edilən və Səudiyyə Ərəbistanından məvacib alan bu muzdlu terrorçuları istənilən yerdə və ya istənilən ərazilərdə təqib edəcək, onlara kəskin və öldürücü zərbələr endirəcəyik”.

 

Xatırladaq ki, aprelin 26-sı axşam saat 20 radələrində İranın Pakistanla sərhəd Mircavə məntəqəsində insident yaşanıb. Belə ki, İran sərhədçiləri bölgədə reyd keçirərkən, naməlum şəxslərin Pakistan ərazisindən açdığı atəşə məruz qalıblar. Bir neçə dəqiqə davam edən atəş nəticəsində 10 İran sərhədçisi yerindəcə həlak olub, 3-ü ağır yaralanıb. Atəşin konkret kimlər tərəfindən açılması bəlli olmasa da, hücumun, yerli bəlucların dini və milli hüquqları uğrunda silahlı mübarizə apardıqlarını bildirən müxalif bəluc qruplarından biri tərəfindən gerçəkləşdirildiyi təxmin edilir.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04

gun az article

GünazTV June.03.2020: İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

2020-06-03

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 1079 nəfərə çatıb

2020-06-03

gun az article

Cavad Süleymani: "Sual budur ki, niyə Ukrayna təyyarəsini qəsdən vurdular?"

2020-06-03