Parisdə etiraz aksiyası keçirilib, 141 nəfər saxlanılıb

Parisdə etiraz aksiyası keçirilib, 141 nəfər saxlanılıb

GünAz TV: Fransada prezident seçkilərinin nəticəsi elan edildikdən paytaxt Parisdə etiraz aksiyaları başlayıb.

 

Xarici mətbuatda yayılan məlumata görə, “İrəli” hərəkatının lideri Emmanuel Makronun qalibiyyəti elan edildikdən sonra paytaxtda polislə etirazçılar arasında toqquşma baş verib, polis 141 nəfəri saxlayıb.

 

Paris rəhbərliyi etiraz aksiyasının anarxist qruplar tərəfindən təşkil edildiyini bildirib.

 

Seçkilərin nəticələrinə görə, Makron 66.06 faiz, Le Pen isə 33.94 faiz səs toplaya bilib.

 

Le Pen ölkədə yeni siyasi gücə ehtiyac olduğunu bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN