Parisdə terror aktı törədildi, İŞİD məsuliyyəti öz üzərinə götürdü

Parisdə terror aktı törədildi, İŞİD məsuliyyəti öz üzərinə götürdü

GünAz TV: Bu gecə Fransa Paytaxtı Parisdə atışma nəticəsində bir polis işçisi öldürülüb, ikisi isə yaralanıb.

 

Elisey çöllərində qeydə alınan hadisə zamanı bir nəfər polisə atəş açıb. Həmin şəxs polisin cavab atəşi nəticəsində öldürülüb.

 

Polis ikinci hücumçunun hadisə yerindən qaçmağa nail olduğunu deyib.

 

İŞİD terror qruplaşması isə terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

 

Fransa Prezidenti Fransua Olland da hadisəni terror aktı kimi qiymətləndirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN