Parlament təcili toplanır - Türkiyədən şok qərar

Parlament təcili toplanır - Türkiyədən şok qərar

GünAz TV: Liviyaya hərbi qüvvə göndərilməsi məsələsinin müzkirə edilməsi üçün Türkiyə parlamentinin növbədənkənar iclası keçiriləcək.

 

İclasın gələn həftə baş tutacağı bildirilib.

 

Məlumata görə, məsələ ilə əlaqədar hazırlanmış qanun layihəsi qəbul ediləcəyi halda, ilkin mərhələdə Liviyaya hava hücumundan müdafiə sistemləri göndəriləcək.

 

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiya rəhbəri Naci Boctancı bildirib ki, sözügedən qanun layihəsi sabah parlamentə təqdim edilə bilər.

 

Yanvarın 2-də isə parlamentin təcili iclasının baş tutacağlı ehtimal olunur. Parlamentin iclasının yanvarın 7-də keçiriləcəyi gözlənilirdi. Teleqraf

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN