Paşinyandan ermənilərə çağırış

Paşinyandan ermənilərə çağırış

GünAz TV: Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 13-ü gecə saatlarında Rusiyaya səfər edib.

 

BAKU.WS "news.am" saytına istinadən xəbər verir ki, Nikol Paşinyan Soçi şəhərinə gedib. Verilən məlumata görə, müqəddəs Qriqori kilsəsində erməni miqrantlarla görüşən Paşinyan Ermənistanla Rusiya arasındakı qarşılıqlı münasibətlərin "qardaşlıq xarakterini” dəfələrlə vurğulayıb, Rusiya hakimiyyətinə erməni icmasının Rusiyada yaşamasına və işləməsinə imkan verəcək milli dostluq mühiti yaratdığı üçün təşəkkür edib.

 

"Biz qardaş Rusiyaya sizin rahat yaşaya və işləyə biləcəyiniz mühit təmin etdiyi üçün təşəkkür edirik. Bununla belə, demək istəyirəm ki, sizin öz evinizə, Ermənistana qayıda bilməniz üçün də çalışacağıq”, - Paşinyan bildirib.

 

Erməni baş naziri varlı erməni iş adamlarını Ermənistan iqtisadiyyatına sərmayə qoymağa da çağırıb. O, "yeni Ermənistan”da hər bir investisiyanı dövlətin qoruyacağına və onlara qarşı heç bir təcavüz olmayacağına zəmanət verib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN