Paul Selvadan İrana mesaj: “Bizim mənafeyimiz və vətəndaşlarımıza qarşı addım atarsınızsa…”

Paul Selvadan İrana mesaj: “Bizim mənafeyimiz və vətəndaşlarımıza qarşı addım atarsınızsa…”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığının rəhbərinin müavini Paul Selva İranın regionda törətdiyi son təxribatlara münasibət bildirib.

 

O rəsmi Tehrana xitabən deyib ki, İran birbaşa olaraq ABŞ-ın mənafeyi və vətəndaşlarına qarşı hər hansı təxribat törədərsə, ona lazımi cavabı verəcəyik.

 

Selvanın sözlərinə görə, İran ona qarşı yürüdülən təzyiq siyasətlərinə reaksiya verməyə çalışır, halbuki bu vəziyyətdən çıxmağın yeganə yolu müzakirələr aparmaqdır.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində 2 neft tankerinə hücum edilmişdi. Hadisədən bir neçə saat sonra ABŞ iranlı hərbçilərin tankerlərin birindən partlamamış minanı çıxardıqlarını əks etdirən video yayımlamışdı. Qərb dövlətləri hücuma görə İranın məsuliyyət daşıdığını bildirirlər. Bundan öncə də İran BƏƏ yaxınlığında, “Əl-Füceyrə” limanında 4 ticari gəmiyə qarşı təxribatçı hücum həyata keçirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN