Pentaqon: Çin müxtəlif regionlarda öz hərbi bazalarını yaradacaq

Pentaqon: Çin müxtəlif regionlarda öz hərbi bazalarını yaradacaq

GünAz TV: Çin özünün “Bir Kəmər, Bir Yol” iddialı infrastruktur proqramındakı investisiyalarını qorumaq üçün müxtəlif regionlarda öz hərbi bazalarını yaradacaq.

 

ONA-nın məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi Çinlə bağlı illik rəsmi hesabatında deyilib.

 

Hazırda Pekin yalnız bir xarici hərbi bazaya malikdir və bu Cibutidə yerləşir. Pentaqonun hesabatına görə, özünü qlobal super güc kimi sübut etmək istəyən Çin ehtimal ki, Pakistan da daxil olmaqla başqa regionlarda da öz hərbi bazalarını yaradacaq: "Bir Kəmər, Bir Yol" təşəbbüsü kimi layihələrin irəliləməsi ehtimal ki, Çinin müxtəlif regionlarda hərbi bazalarını açmaqla nəticələnəcək və bu bazalar həmin layihələrin təhlükəsiz fəaliyyətinə xidmət edəcək".

 

Hesabatda deyilir ki, Çin uzunmüddətli dostluq əlaqələri və oxşar strateji maraqları olan Pakistan kimi ölkələrdə əlavə hərbi bazalar qurmağa çalışacaq: "Çinin hərbi bazaları üçün hədəf ərazilər Yaxın Şərq, Cənub-Şərqi Asiya və Sakit okeanın qərb sahilləridir".

 

Pentaqonun hesabatında Danimarka tərəfindən Çinin Qrenlandiyaya olan marağından narahatlıq da yer alıb. Çin hökuməti bu ərazidə araşdırma stansiyası və ya peyk stansiyasının qurulması, hava limanının yenilənməsi və mədən işlərinin genişləndirilməsi təkliflərini irəli sürüb: "Çin liderləri Çinin artan iqtisadi, diplomatik və hərbi nüfuzundan istifadə edərək regionda üstünlüyü ələ almağa və ölkənin beynəlxalq təsirini genişləndirməyə çalışır".

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN