Pentaqon: DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib

Pentaqon: DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib

GünAz TV: DNT analizinin nəticələri təsdiq edib ki, Birləşmiş Ştatların xüsusi əməliyyatının gedişatında öldürülmüş şəxs məhz İŞİD lideri Əbu Bəkr Əl Bağdadidir.


"Report" ASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi bildirib.


"Təcili analiz (meyitdən götürülmüş) nümunələr arasında uyğunluğu göstərdi", - deyə o bildirib.


Makkenzi həmçinin əlavə edib ki, nəticələrin səhv olma ehtimalı 1-in 104 septilyona təşkil edir.


Oktyabrın 27-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Suriyada keçirilmiş xüsusi əməliyyat zamanı məhv edilib.


N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN