Pentaqon: “Hələlik İranın gəmisini saxlamaqla bağlı planımız yoxdur”

Pentaqon: “Hələlik İranın gəmisini saxlamaqla bağlı planımız yoxdur”

GünAz TV: İngiltərədə səfərdə olan Amerikanın müdafiə naziri Mark Esper ölkəsinin hələ ki, İranın “Adrian Dərya 1” gəmisini saxlamaqla bağlı planının olmadığını deyib.

 

O, həmçinin Fransanın İranı yenidən danışıqlar masasına oturtmaq üçün göstərdiyi təşəbbüsləri yüksək dəyərləndirib. Esper bildirib ki, bu, onun şəxsi fikridir və qeyd edilən məsələ ilə Dövlət Departamenti məşğul olur.

 

Xatırladaq ki, “Adrian Dərya 1” gəmisi hazırda Aralıq dənizinin qərbində, Suriya sahillərinə yaxın bir ərazidədir və öz siqnal ötürmə sistemini bağlayıb.

 

Amerika Birləşmiş Ştatları Cəbəli-Tariqin tankeri azad etməsindən sonra xəbərdarlıq yayaraq, tankerə yardım edən hər bir şəxs ya dövlətin cəzalandırılacağını bildirmişdi. Rəsmi Vaşinqton gəmiyə edilən köməyin terror təşkilatına edilən kömək kimi qəbul ediləcəyini vurğulamışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN