Pentaqon İranın Hörmüz boğazı üzərində Amerika PUA-sını vurduğunu təsdiqləyib

Pentaqon İranın Hörmüz boğazı üzərində Amerika PUA-sını vurduğunu təsdiqləyib

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi- Pentaqon İranın bu ölkəyə məxsus “MQ-4C Triton” pilotsuz uçan aparatını vurması ilə bağlı yaydığı məlumatı təsdiqləyib.

 

Pentaqonun məlumatına əsasən, “Sepah”ın iddiasının əksinə olaraq, dron İran səmasında deyil, Hörmüz boğazı üzərində, beynəlxalq sularda yer- hava tipli raketlə vurulub.

 

Adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi “Reuters” agentliyinə bildirib ki, pilotsuz uçan aparat beynəlxalq sular üzərində vurulduğuna görə, ABŞ bu təxribatçı addım qarşısında İrana sərt cavab verəcək.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN