Pərviz Müşərrəf haqqında edam hökmü çıxarılıb

Pərviz Müşərrəf haqqında edam hökmü çıxarılıb

GünAz TV: Pakistanın xüsusi məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

 

Hökm Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyası tərəfindən verilib. 

 

"Pərviz Müşərrəf Pakistan Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq təqsirli bilinib", - Vakar Əhməd Seth məhkəmə iclasında deyib. 

 

Sabiq prezidentə qarşı irəli sürülən ittihamlar onun 2007-ci ildə Konstitusiyanın bəzi maddələrini dayandırması və fövqəladə vəziyyət rejimi tətbiq etməsi ilə əlaqədardır.

General Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN