PKK-nın qadın təşkilatının rəhbərlərindən biri öldürülüb

PKK-nın qadın təşkilatının rəhbərlərindən biri öldürülüb

GünAza TV: Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatı (MİT) İraqın Qəndil bölgəsində PKK təşkilatına qarşı birgə antiterror əməliyyatı həyata keçirib.

 

Türkiyə mediasının yaydığı məlumata görə, əməliyyat nəticəsində PKK terror təşkilatının nəzdindəki “Kürdüstan Azad Qadın Partiyasının” (PAJK) rəhbərlərindən olan Esma Erat məhv edilib.

 

"Delal Nurhak" kod adlı E. Eratla birlikdə onun sürücüsü, “Zilan Kobani” kod adlı şəxs də öldürülüb.

 

Qeyd edək ki, 1965-ci il təvəllüdlü E. Erat PKK terror təşkilatına 1989-cu ildə qatılıb. Terror təşkilatının lideri Abdullah Öcalan tərəfindən 1993-cü ildə onun siyasi və hərbi təhsili təmin olunub. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN