Polşa Xarici İşlər Nazirliyi “twitter”də Zərifə reaksiya verib

2019-02-14

GünAz TV: Polşa Xarici İşlər Nazirliyi “twitter”də İran xarici işlər naziri Məhəmmədcavad Zərifin sözlərinə reaksiyasında bildirib ki, “bu gün Varşavada bir nəfər də olsun terrorist yoxdur”.

 

Zərif fevralın 13-ü İranın Xaş bölgəsində “Sepah”a qarşı baş tutmuş kamikadze hücumuna işarə edərək, öz şəxsi “twitter” hesabında yazmışdı ki, “İranın düz Varşava sirki keçirilən gün terror hücumuna məruz qalması təsadüf hesab edilə bilər? Xüsusilə də o terroristlərin dostları Varşava küçələrində bunu bayram etdiyi və twitter botları vasitəsi ilə bu terror aktını dəstəklədiyi halda. Görünür ki, Amerika əvvəlki səhvlərini davam etdirir, amma fərqli nəticələr gözləyərək”.

 

Polşa XİN bu statusdan bir neçə saat sonra Zərifin ittihamlarına cavab verib: “Polşa terrorizmin hər bir formasını qınayır. Bizim Xaş- Zahidan yolunda baş vermiş hücuma münasibətimiz də həmişəki siyasətimizdən, yəni “zorakılığa yox” yanaşmasında fərqli ola bilməz. Bu gün Varşavada heç bir torrorist yoxdur, əksinə, bizim ölkədə demokratiya, ifadə azadlığı və birlik hökm sürür”- deyə rəsmi Varşavanın Zərifin sözlərinə münasibətindəq qeyd edilir.

 

Xatırladaq ki, fevralın 13-ü axşam saatlarında İranın Sistan-Bəlucistan əyalətində “Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa qarşı intihar hücumunda ən azı 27 “Sepah”çı həlak olub, 13-ü yaralanıb. Hadisədən qısa müddət sonra Zərif öz şəxsi “twitter” səhifəsində yazdığı yazı ilə Qərbi bu hücuma görə “günahkar” sayıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30

gun az article

İran rejiminin təhlükəsizlik qüvvələri noyabr etirazlarında öldürdükləri Puya Bəxtiyarinin qəbrini təhqir ediblər

2020-05-30

gun az article

İranda bütün məscidlər açılıb, "mall"lara qoyulan qadağalar aradan qaldırılıb

2020-05-30

gun az article

Ağ Evdən Xamneyinin statuslarına reaksiya: "Twitterin terroristlər və diktatorların mesajları ilə problemi yoxdur"

2020-05-29

gun az article

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb

2020-05-29

gun az article

Küveyt Amerikadan 84 ədəd Patriot raketi alır

2020-05-29

gun az article

GünazTV May.29.2020: İçməli su böhranı və müharibədən daha çətin olan vəziyyət

2020-05-29

gun az article

İranın 4-cü tankeri Venesuelaya çatıb

2020-05-29

gun az article

İranda daha 50 nəfər koronavirusdan ölüb, 2819 nəfər isə xəstəliyə yoluxub

2020-05-29

gun az article

İranın Dehdəşt şəhərində zəlzələ baş verib

2020-05-29

gun az article

İran parlamentinin keçmiş spikeri Əli Laricani iki yeni posta təyin edilib

2020-05-29

gun az article

İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb

2020-05-29

gun az article

Sərdəştdə baş verən silahlı qarşıdurmada milliyyətcə azərbaycanlı olan 3 sərhədçi həlak olub (Xəbər yenilənib)

2020-05-29

gun az article

Tehranda “yasaq” olunmuş kitabları satan 11 nəfər həbs edilib

2020-05-28