Pompeo: “ABŞ Avropa Birliyinin İrana qarşı yeni sanksiyaılarını dəstəkləyir”

Pompeo: “ABŞ Avropa Birliyinin İrana qarşı yeni sanksiyaılarını dəstəkləyir”

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 8-də “Twitter” səhifəsində paylaşdığı bir postda, Avropa Birliyinin İranın Kəşfiyyat Nazirliyinə (ETTELAAT-a) qarşı tətbiq etdiyi sanksiyaya münasibət bildirib.

 

Avropa ölkələrində terror planlarını həyata keçirməyə cəhd göstərdiyinə görə Avropa Birliyinin sanksiyasına məruz  qoyulan ETTELAAT-a txunan Pompeo bildirib ki, Amerika hökuməti Avropa Birliyinin İrana qarşı yeni sanksiyaılarını dəstəkləyir: “Bu gün Avropa Birliyi nüvə sazişinin əldə olunmasından bu yana İrana qarşı ilk sanksiyalarının tətbiqinə  başlayıb. Həmçinin Hollandiya da 2015 və 2017ci illərdə bu ölkədə İran əsilli iki Hollandiya vətəndaşına qarşı həyata keçirilən terror hücumlarının İran tərəfindən gerçəkləşdirildiyini ifşa edib. Bu isə, İranın 2018-ci ildə Danimarka və Fransada həyata keçirməyə cəhd göstərdiyi iki terror hücumunun zərərsizləşdirilməsinin ardınca oldu.

 

İran və “Hizbullah” 1979-cu ildən başlayaraq, Avropanı terrora məhruz qoyublar. Avropa ölkələri bu gün bu addımı atmaqla İrana açıq və şəffaf bir mesaj göndərdilər. O da budur ki, Avropa Birliyi terrorizmə artıq dözməyəcək. Amerika Birləşmiş Ştatları Avropa Birliyinin İrana qarşı yeni sanksiyalarını qəti şəkildə dəstəkləyir və bu kimi ortaq təhdidlərin qarşısını almaq üçün avropalı müttəfiqlərinin yanında olduğunu bildirir”.

 

Xatırladaq ki, Danimarkanın Xarici İşlər Naziri Anders Samuelsen yanvarın 8-də jurnalistlərə açıqlamasında Avropa Birliyinin İranın Kəşfiyyat Nazirliyinə (ETTELAT-a) qarşı sanksiya tətbiq etdiyini bildirib.

 

Danimarkanın xarici işlər naziri Anders Samuelsen

 

Samuelsen bildirib ki, Avropa Birliyi ETTELAT-a qarşı Avropada bir neçə dəfə terror aktı törətməyə cəhd etdiyi üçün sanksiya qəbul edilməsinə razılıq verib: “Bu bizim bu cür davranışı Avropada qəbul etmədiyimizin ən bariz nümunəsidir”.

 

Qeyd edək ki, Danimarka xüsusi xidmət orqanları 2018-ci ilin oktyabr ayının 30-da məlumat yayaraq, “Əl-Əhvaz Ərəb Aadlıq Hərəkatı”nın Danimarka şöbəsinin rəhbəri Həbib Cəbrə qarşı terror hücumu planlaşdıran İran xüsusi xidmət orqanları əməkdaşının həbs edildiyini bildirmişdi. Bundan sonra Danimarkanın Tehrandakı səfiri də öz ölkəsinə geri çağırılmışdı.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN