Pompeo: “Amerika İranın neft ixracatını sıfıra endirməkdə qərarlıdır”

Pompeo: “Amerika İranın neft ixracatını  sıfıra endirməkdə qərarlıdır”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo, martın 12-də Texas ştatının Hyuston şəhərində  dünyanın nəhəng neft şirkətləri rəhbərlərinin toplantısında çıxış edərək, İran neftinin satışının məhdudlaşdırılmasından və Vaşinqtonun bununla bağlı qəti qərarından danışıb.

 

Pompeo öz çıxışında deyib ki, dünyanın neft sənayesi, o cümlədən də Asiya və Avropadakı nəhəng neft şirkətlərinin rəhbərləri, Amerika siyasətinin irəli aparılmasında, dünyada “pis oyunçu” rolunda çıxış edən ölkələrin tənbeh edilməsində Tramp hökumətinə dəstək verməlidir: “Amerika hökuməti əvvəldə olduğu kimi, İranın neft ixracatını  sıfıra endirməkdə qərarlıdır. Bildiririəm ki, bazar şəraiti imkan verən kimi, biz İranın neft ixracatını sıfıra endirəcəyik” –deyə, Mayk Pompeo vurğulayıb.

 

Xatırladaq ki, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri bundan əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, Amerika İran neftinin satışını tam dayandırmağa qadir olmayacaq: “Amerikanın İran neftinin satışını dayandırmaq barədəki bütün planları artıq məğlubiyyətə uğrayıb” -deyə, Cahangiri əlavə etmişdi.

 

Qeyd edək ki, Tramp hökuməti İran rejimini beynəlxalq terrorizmə dəstək verməkdə, regionun və dünyanın sabitliyinə qarşı dağıdıcı fəaliyyət aparmaqda və ballistik raketlər proqramını inkişaf etdirməkdə günahlandırır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN