Pompeo: “Amerika İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün istənilən addımı atmağa hazırdır”

Pompeo: “Amerika İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün istənilən addımı atmağa hazırdır”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo sentyabrın 8-də “Fox News” telekanalına müsahibəsində İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmasından və Amerika hökumətinin bununla bağlı atacağı addımından danışıb.

 

İranın sazişlə bağlı öhdəliklərini azaltmağa, uranın zənginləşdirilməsi üçün inkişaf etmiş sentrifuqalardan istifadəyə başlamasına toxunan Pompeo deyib ki, Amerika hökuməti İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün əlindən gələni edəcək: “Prezident Trampın dəfələrlə bildirdiyi kimi, İran İslam Respublikası heç vaxt nüvə silahına yiyələnməyəcək və Amerika hökuməti bunun qarşısını almaq üçün istənilən addımı atmağa hazırdır. Hesab edirik ki, dünya birliyi İranın bu cəhdinin qarşısını almaq üçün Amerika Birləşmiş Ştatlarına qoşulmalıdır.

 

Biz, Orta Şərqdə və İran İslam Respublikasında nüvə silahlarının olması ehtimalından nigaran olan və belə bir təhdidi dərk edən körfəz ətrafındakı ölkələrlə, o cümlədən də İsrail və dünyadakı bütün tərəfdaşlarımızla yeni koalisiyalar yaradacaq, İranın nüvə silahı istehsal etməsinə imkan verməyəcəyik” –deyə ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo əlavə edib.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN