Pompeo: “Amerika və Səudiyyə Ərəbistanı İranın regionun sabitliyinə qarşı yönəlmiş rəftarına qarşı mübarizəni davam etdirəcəklər”

Pompeo: “Amerika və Səudiyyə Ərəbistanı İranın regionun sabitliyinə qarşı yönəlmiş rəftarına qarşı mübarizəni davam etdirəcəklər”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 14-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın regionda apardığı dağıdıcı siyasətinə münasibət bildirib.

 

Pompeo deyib ki, o Vaşinqtona səfər etmiş Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al-Səudla keçirdiyi görüşdə Yəməndə yaşanan böhranın siyasi yolla həlli üçün Ər-Riyad razılaşmasının həyata keçirilməsinin sürətləndirilməsinə təkid edib: “Biz Səudiyyə Əəəbistanı ilə birlikdə İranın regionun sabitliyinə qarşı yönəlmiş dağıdıcı rəftarına qarşı birgə mübarizəmizi davam etdirəcək, İranın region ölkələrinə qarşı təxribat xarakterli fəaliyyətinin qarşısını alacağıq” –deyə,  ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

Həmin gün, ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus bəyanat yayaraq bildirib ki, Vaşinqtonla Ər-Riyad, Yəmən savaşına son qoymaq məqsədilə noyabrın 5-də Yəmənin qanuni hökuməti ilə Cənub Keçid Şurası arasında əldə edilmiş razılaşmanı yüksək qiymətləndir: “Bu razılaşma Yəməndə cərəyan edən münaqişə tərəfləri arasında mükəmməl bir sülhün bərqərar olunması üçün atılan mühüm bir addımdır” –deyə Morgan Ortagus bəyan edib.   

 

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN