Pompeo, Amerikanın İran neftinə sanksiyasından istisna edilən 8 ölkənin adlarını açıqlayıb

Pompeo, Amerikanın İran neftinə sanksiyasından istisna edilən 8 ölkənin adlarını açıqlayıb

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo noyabrın 6-da jurnalistlərə açıqlamasında Amerikanın İran neftinə qarşı sanksiyasından istisna edilən 8 ölkənin adlarını açıqlayıb.

 

O bildirib ki, Vaşinqton İrandan neft alan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanistan və Tayvana 6 ay müddətinə müvəqqəti güzəştə gedib: “Bu ölkələr qarşıdan gələn 6 ay ərzində İrandan neft idxalını tədriclə azaltmalı, sıfıra endirməlidirlər. Hazırda 20 ölkə İrandan neft idxalını tamamilə dayandırıb və Amerikanın nüvə sazişindən çıxmasından sonra İranın neft ixracatı 1 milyon barel azalıb. Beləliklə də, İran bu ilin may ayından bu yana neft gəlirlərindən 2,5 milyard dollar itirib”.

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq, Amerikanın İrana qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

ABŞ maliyyə naziri Stiven Mnuçin noyabrın 2-də jurnalistlərə amçıqlamasında bildirib ki, sanksiyaların yeni mərhələsində İranın 700-dən çox fiziki və hüquqi şəxsinin adları, Amerikanın Tehrana qarşı sanksiyalar siyahısına salınıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN