Pompeo: “Biz İran rejimi və himayə etdiyi qruplaşmalara qarşı tarixdə ən böyük təzyiqləri göstərdik”

Pompeo: “Biz İran rejimi və himayə etdiyi qruplaşmalara qarşı tarixdə ən böyük təzyiqləri göstərdik”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, rəsmi Vaşinqton öz qəbul etdiyi tədbirlərlə İran rejimi və onun himayə etdiyi qruplaşmalara qarşı tarixdə ən böyük təzyiqləri göstərib.

 

O, bu sözləri martın 25-də “AYPAK” adlanan Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin toplantısı zamanı deyib. Pompeo əlavə edib ki, “Tramp administrasiyası İran rejimi ilə 1 nömrəli yəhudi düşməni kimi mübarizə aparır”.

 

Nüvə razılaşmasına da toxunun Dövlət Departamentinin rəhbəri bu razılaşmanı naqis adlandırıb və onun nəticəsində iranlı axundların ciblərinə milyardlarla dollar vəsait axdığını deyib.

 

Livana etdiyi səfərin nəticələrindən də danışan Pompeo bildirib ki, Hizbullah terror təşkilatının rəhbəri Həsən Nəsrullah yalvararaq xalqdan pul istəyir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN