Pompeo: “Biz, İranın oğru başçılarını terrorizmə dəstək vermək üçün maliyyə mənbələrindən məhrum etdik”

Pompeo: “Biz, İranın oğru başçılarını terrorizmə dəstək vermək üçün maliyyə mənbələrindən  məhrum etdik”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo avqustun 28-də NBC telekanalına müsahibəsində nüvə sazişindən, İran rejiminin beynəlxalq terrorizmə dəstəyindən və rəsmi Tehranın bununla bağlı maliyyə mənbələrini itirməsindən danışıb.

 

Pompeo deyib ki, nə qədər ki, İran rejimi öz rəftarını dəyişməyib, qarşılaşdığı mövcud problemlərin həllinə nail olmayacaq: “Biz, nüvə sazişindən (“Bərcam-dan”) çıxdıq. Çünki bu saziş, İran rejiminə atom silahına yiyələnməsi üçün yolunu davam etdirməyə imkan verirdi. Biz, Tehranda əyləşən oğru başçılarını terrorizmə dəstək vermək üçün maliyyə mənbələrindən  məhrum etdik. Bizim onların Amerika xalqını təhlükəyə salmaq imkanlarını məhdudlaşdırmağımız isə hesab edirəm ki, müsbət bir addım və yaxşı bir dəyişiklikdir.

 

Amerika hökumətinin yeganə istəyi odur ki, İran rejimi öz rəftarını dəyişərək normal və adi bir ölkə kimi davransın. Ümid edirəm ki, İran xalqının rejim başçılarının rəftarını dəyişmək istiqamətindəki cəhdi uğur qazanacaq. Məhz bu baş verəndən sonra biz danışıqlar masası arxasında oturacağıq. Hazırda İrana qarşı göstərilən ağır iqtisadi təzyiqlər isə ona görədir ki, İran rejimi öz rəftarını dəyişmək məcburiyyətində qalsın. Biz isə əminik ki, belə bir dəyişiklik hökmən baş verəcək” –deyə Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo əlavə edib. 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN