Pompeo: “Britaniya körfəzdə gəmilərini İrandan özü qorumalıdır”

Pompeo: “Britaniya körfəzdə gəmilərini İrandan özü qorumalıdır”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pomeo Britaniyanın körfəzdən keçən gəmilərinin özünün qorumalı olduğunu deyib.

 

Onun bu sözləri iki ölkənin Donald Trampın İranın su sərhədlərindən kənarda hərəkət edən gəmi və tankerlərin təhlükəsizliyini təmin etmək üçün Amerika Birləşmiş Ştatlarının başçılığı ilə koalisiya qurulması mövzusunda fikir ayrılığı olduğunu göstərir.

 

Pompeo qeyd edib ki, gəmilərini qorumaq İngiltərənin öz öhdəliyidir. ABŞ öz üzərinə düşəni etməyə mükəlləfdir.

 

Dövlət Departamentinin rəhbəri Londonla Tehran arasında yaranan ziddiyyətlərin səbəbinin ABŞ sanksiyaları olmadığını, İranın regionda həyata keçirdiyi düşmənçilik siyasətinin bir parçası olduğunu deyib. Diplomat İranın İngiltərəyə məxsus gəmini saxlamasını beynəlxalq sularda bir dövlət tərəfindən həyata keçirilən dəniz quldurluğu adlandırıb.

 

Xatırladaq ki, iyulun 19-da İran körfəzdə, beynəlxalq sularda üzən Britaniya gəmisini qəsb edib. Britaniyanın xarici işlər naziri Ceremi Hant iyulun 22-də parlamentdə məsələ ilə bağlı verdiyi hesabatda İranın bu addımını dövlətin dəniz quldurluğu adlandırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN