Pompeo dünya bank və şirkətlərinə xəbərdarlıq etdi: “Sepah”la əməkdaşlıqdan çəkinin”

Pompeo dünya bank və şirkətlərinə xəbərdarlıq etdi: “Sepah”la əməkdaşlıqdan çəkinin”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo aprelin 8-də Vaşinqtonda qatıldığı bir mətbuat konfransında “Sepah”la əməkdaşlıq edən dünya bank və şirkətlərinə xəbərdarlıq edib.

 

Pompeonun jurnalistlərlə görüşü, prezident Trampın “Sepah”ı terrorçu qruplaşmalar siyahısına daxil etməsindən az sonra baş tutub.

 

Öz açıqlamasında İran rejimini beynəlxalq terrorizmə dəstək verməkdə və terrorçu fəaliyyətlərdə mühüm rol oynamaqda günahlandıran Pompeo deyib ki, dünyanın bütün bankları və şirkətləri “Sepah”la əməkdaşlıq etməyin nə qədər təhlükəli olmasını başa düşməlidir: “Dünyanın bütün bankları və şirkətlərinin üzərinə ağır bir məsuliyyət düşür. Onlar, əməkdaşlıq etdikləri və maliyyə baxımdan sövdələşdikləri müəssilələrin “Sepah”la hər hansı bir əlaqəsi və əməkdaşlığı olmamasından əmin olmalıdırlar.

 

“Sepah”ın bünövrəsi terrorizm üzərində qurulub. O, dünyada beynəlxalq terrorizmə dəstək verir, Livanda Hizbullah” terrorçularını dəstəkləyir. “Sepah” həmçinin təsis edildiyi gündən dünyanın hər yerində dəhşət, qorxu və hərc-mərcliyi yaymaqla məşğul olub, Beyrutda isə Amerika hərbi qüvvələrinə qarşı həyata keçirilən terror aktlarında iştirak edib. Bundan başqa, “Sepah” ölkəyə hakim rejimi qorumaq məqsədilə İran millətinə qarşı repressiyalar həyata keçirib, İran xalqının sərvətlərini talan edərək hədər verib” –deyə Pompeo əlavə edib.

 

ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib. Bununla da rəsmi Vaşinqton tarixdə ilk dəfə olaraq bir ölkənin hərbi birləşməsini terror təşkilatı kimi tanıdığını elan edib.

 

 

Trampın bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

 

 

Bildirilir ki, “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsinin təfərrüatları gələn həftə açıqlanacaq və bununla bağlı İrana qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN