Pompeo: “Dünyanın sivil millətləri İran rejiminin nüvə hədə-qorxusunu dayandırmaq üçün qəti tədbir görəcəklər”

Pompeo: “Dünyanın sivil millətləri İran rejiminin nüvə hədə-qorxusunu dayandırmaq üçün qəti tədbir görəcəklər”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İran rejiminin öz nüvə öhdəliklərini azaltmaq istiqamətində atdığı 3-cü addımı reketlik adlandırıb.

 

O, dünyanın bütün sivil ölkələrinin rəsmi Tehranın nüvə reketliyinə qəti reaksiya verəcəyinə ümidvar olduğunu deyib.

 

“İranın uranı zənginləşdirmək potensialının olması nüvə razılaşmasının zəif nöqtələrinin olduğunu bir daha nümayiş etdirir”- deyə ABŞ Dövlət Departamentinin rəhbəri vurğulayıb.

 

Pompeo İngiltərə, Fransa və Almaniyanın, eləcə də dünyanın bütün sivil dövlətlərinin İranın nüvə hədə-qorxusunu dayandırmaq üçün qəti addımlar atacaqlarına əmin olduqlarını bildirib.

 

Xatırladaq ki, İran nüvə razılaşmasında istifadəsindən imtina etməklə bağlı üzərinə öhdəlik götürdüyü tədqiqat santrifüjlərinin istismarına yenidən başladığını bəyan edib. Bu isə rəsmi Tehranın növbəti dəfə nüvə razılaşmasının müddəalarını pozması anlamına gəlir.

 

ABŞ bildirir ki, dünyada ən böyük terrorizm himayədarı olan İran rejimi ilə əldə edilmiş nüvə razılaşması onun davranışlarında müsbətə doğru heç bir dəyişikliyə yol açmayıb. Eləcə də, İran ilk günlərdən razılaşmanın müddəalarını pozmağa başlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN