Pompeo Federika Moqerini ilə İran barəsində müzakirələr aparıb

Pompeo Federika Moqerini ilə İran barəsində müzakirələr aparıb

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo iyunun 18-i axşam saatlarında Vaşinqtonda Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

 

Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun yaydığı açıqlamaya əsasən, görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq məsələlər, eləcə də İranın regionda təxribatçı addımları müzakirə olunub.

 

Pompeo görüşdə İranın nüvə və raket proqramının region və Avropaya yaratdığı təhdidləri və bununla mübarizə yollarını bir daha Moqerininin diqqətinə çatdırıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN