Pompeo: “İran dini lideri Amerikanın milli mənafeyinə qarşı baş tutmuş hər bir hücuma görə məsuliyyət daşıyacaq"

Pompeo: “İran dini lideri Amerikanın milli mənafeyinə qarşı baş tutmuş hər bir hücuma görə məsuliyyət daşıyacaq

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo mayın 6-da bildirib ki, İran və ya onun dəstəklədiyi terror təşkilatları Amerikanın milli mənafeyi əleyhinə hücum təşkil etsələr, bunun bədəlini ödəməli olacaqlar.

 

Finlandiyaya səfəri çərçivəsində təyyarədə jurnalistlərin suallarını cavablandıran Pompeo İran rejiminin son dövrlər vəziyyəti daha da kəskinləşdirən addımlar atdığını deyib.

 

“İstər İran, istərsə də şiə yaraqlı qruplaşmaları, husilər və Hizbullah kimi onun dəstəklədiyi 3-cü tərəflər bizim milli mənafeyimizə zidd olan hücumlar təşkil etsələr, biz buna görə İranı məsul biləcəyik, xüsusən də birbaşa olaraq bu ölkənin ali dini liderini”- deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

 

Qeyd edək ki, son 1 il ərzində Amerika ilə İran münasibətləri yenidən kəskin həddə çatıb. Rəsmi Vaşintqon münasibətlərin normallaşması üçün İranı nüvə silahı əldə etmək istiqamətində fəaliyyətlərini, raket proqramını və terror təşkilatlarına göstərdiyi yardımı kəsməyə çağırır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN