Pompeo: “İran neft gəlirlərindən məhrum edildikdən sonra dünyada terrorçu fəaliyyətlərə dəstək verməyə qadir olmayacaq”

Pompeo: “İran neft gəlirlərindən məhrum edildikdən sonra dünyada terrorçu fəaliyyətlərə dəstək verməyə qadir olmayacaq”

GünAzTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 1-də jurnalistlərə açıqlamasında İrana qarşı sanksiyalardan, rəsmi Tehranın beynəlxalq terrorizmə dəstəyindən və Amerikanın Səudiyyə Ərəbistanı ilə regional əməkdaşlığından danışıb.

 

Pompeo bildirib ki, İranın bəlgədə apardığı müdaxiləçi fəaliyyətindən geri çəkilməyə vadar edilməsi üçün Ər-Ryad Vaşinqtonla sıx əməkdaşlıq edir: “Səudiyyə Ərəbistanı bölgədə bizim ən böyük tərəfdaşlarımızdan biri sayılır. Bu ölkə, dünya bazarlarını kifayət qədər neftlə təmin edəcəyi barədə üzərinə öhdəlik götürüb. Bununla da hesab edirik ki, İran öz neft gəlirlərindən məhrum edildikdən sonra, dünyada  terrorçu fəaliyyətlərə dəstək verməyə artıq qadir olmayacaq.

 

İran, dünyada beynəlxalq terrorizmin ən böyük himayədarıdır. Bunun bariz nümunlərindən biri isə, onun son həftələr Avropada müəyyən şəxsləri terror etməyə göstərdiyi səylərdir. Biz bütün bunların şahidi olmuşuq. Bundan başqa, İran Orta Şərqdə sabitliyin pozulmasının əsas səbəbkarıdır. Bunun isə qarşısı alınmalıdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN