Pompeo: “İran nüvə başlığı daşımağa qadir olan yeni bir ballistik raket sınaqdan keçirib”

Pompeo: “İran nüvə başlığı daşımağa qadir olan yeni bir ballistik raket sınaqdan keçirib”

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo dekabrən 1-də bəyanat yayaraq, İranın raket proqramından və sınaqdan keçirdiyi yeni orta mənzilli ballistik raketindən danışıb.

 

Pompeo bildirib ki, İranın son vaxtlar sınaqdan keçirdiyi yeni ballistik raketi bütün Orta Şərqi və Avropanın müəyyən bir hissəsini hədəfə ala bilər: “Bizdə olan məlumata əsasən, İran son vaxtlar nüvə başlığı daşımağa qadir olan orta mənzilli yeni bir ballistik raket sınaqdan keçirib. Bu isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsinə zidd addımdır.

 

Təəssüflər olsun ki, dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, İranda raket sınaqlarının sayı artmaqdadır. Aydın məsələdir ki, əgər biz bu sahədə hansısa qabaqlayıcı bir tədbir görməsək, bölgədə getdikcə çaxnaşmanın artması təhlükəsi ilə üzləşəcəyik. Biz, İranın bu addımını pisləyərək, rəsmi Tehrandan nüvə başlığı daşımağa qadir bütün ballistik raketlərlə bağlı fəaliyyətini dərhal dayandırmasını tələb edirik”.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 2-də jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin İranın sınaqdan keçirdiyi yeni ballistik raketi ilə bağlı bəyanatına raksiya verib.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi

 

Öz açıqlamasında İranın yeni ballistik raket sınaqdan keçirməsi ilə bağlı yayılan məlumatı təkzib etməyən Qasimi bildirib ki, İranın apardığı raket proqramı müdafiə xarakteri daşıyır və bu proqram, ölkənin ehtiyaclarına uyğun olaraq aparılır: “BMT Təhlükəsizlik Şurasında İranın raket proqramı barədə və İranın raket sınaqdan keçirməsinə qadağa qoyan heç bir qətnamə qəbul edilməyib”.

 

Qasimi, ölkədə yeni ballistik raketin konkret nə zaman sınaqdan keçirildiyini, onun özəl qabiliyyətlərini və bununla bağlı detalları açıqlamayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN