Pompeo: “İran qarşısında missiyamız müharibədən yayınmaqdır”

Pompeo: “İran qarşısında missiyamız müharibədən yayınmaqdır”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ölkəsinin ötən həftənin cümə günü körfəzə əlavə qüvvələr göndərməklə bağlı qəbul etdiyi qərara münasibət bildirib.

 

O, göndərilən qüvvələrin müdafiə məqsədli olduğunu və ABŞ-ın mümkün müharibənin qarşısını almağa çalışdığını deyib.

 

Pompeo eyni zamanda prezident Donald Trampın müharibədən yayınmaqla bağlı gördüyü tədbirlərin effekt vermədiyi təqdirdə, lazım olan digər addımları atacağına əmin olduğunu qeyd edib.

 

Xatırladaq ki, ötən həftənin cümə günü Trampın İranın təxribatçı addımlarıyla mübarizə istiqamətində körfəzə yeni qüvvələr göndərməyə razılıq verməsilə bağlı xəbərlər yayılmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN