Pompeo: “İran regionun sabitliyinə qarşı fəaliyyətini dayandırmasa, daha çox sanksiyalara məruz qalacaq”

Pompeo: “İran regionun sabitliyinə qarşı fəaliyyətini dayandırmasa, daha çox sanksiyalara məruz qalacaq”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo yanvarın 23-də bəyanat yayaraq, Maliyyə Nazirliyinin İranın Milli Neft Şirkəti ilə əməkdaşlıq edən 6 beynəlxalq şirkətə və 2 şəxsə sanksiya qoymasını dəstəkləyib.

 

O deyib ki, İran rejimi rəftarını dəyişməyincə, Amerika hökumətinin bu ölkəyə qarşı sanksiyaları davam edərək daha geniş vüsət alacaq: “Nə qədər ki, İran rejimi neft və neft-kimiya sənayesindən əldə etdiyi pulları dağıdıcı fəaliyyətlərinə sərf edir, biz bu prosesdə İrana yardım istənilən şəxsə və ya quruma sanksiya qoyacağıq.

 

Hesab edirik ki, İran rejimi ya regionda və dünyada sabitliyə qarşı yönələn fəaliyyətini dayandırmalı, ya da daha böyük iqtisadi sanksiyalarla üzləşməlidir. Bundan başqa, İran rejimi indiki rəftarını davam etdirsə, həm də diplomatik baxımdan da dünyadan təcrid olunacaq” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi yanvarın 23-də bəyanat yayaraq, İranın Milli Neft Şirkəti ilə əməkdaşlıq edən 6 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyduğunu bildirib. Bildirilib ki, sanksiyaya məruz qalan şirkətlər və şəxslər, rəsmi Tehrana, onun neft və neft-kimiya sənayesinə qoyulan sanksiyalardan yan keçməyə yardım ediblər.

 

Sanksiyaya məruz qalanlardan biri (Əli Bayındırıyan) İran, digəri isə Çin vətəndaşıdır. Həmçinin barəsində sanksiya qoyulmuş şirkətlərdən 4-ü Hong-Kongda, 1-i Çində, digəri isə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyata alınıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN