Pompeo: “İran rəhbərləri dünyanın ən pis terrorçuları sırasındadırlar”

Pompeo: “İran rəhbərləri dünyanın ən pis terrorçuları sırasındadırlar”

GünAzTV: Orta Şərq ölkələrində səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo yanvarın 13-də CBS telekanalına müsahibəsində İran rəsbərlərini terrorçuluqda günahlandıraraq, İranda həbs edilən Amerika vətəndaşlarından danışıb.

 

Öz açıqlamasında, keçmişdə ABŞ-ın dəniz qüvvələrində xidmət etmiş 46 yaşlı Amerika vətəndaşı Maykl Vaytın (Michael R. White) İranda həbs olunmasına və digər amerikalı məhbuslara toxunan Pompeo, İran rejimini terrorizmə dəstəkdə günahlandırıb: “İran İslam Respublikasının rəhbərləri dünyanın ən pis terrorçuları sırasındadırlar. Onlar insan hüquqlarına ən kiçik hörmət və sayğı belə göstərmirlər. Məhz həmin səbəbə görə də, Amerikanın hazırkı hökuməti İran rejiminə qarşı sərt bir strategiya aparmaqdadır.

 

Amerika milləti əmin olmalıdır ki, dünyanın hər yerində Amerika vətəndaşlarının təhlükəsizliyini qoruyub təmin etmək, ABŞ hökumətinin əsas prioritet məsələlərindən biridir. Biz, dünyanın istənilən yerində, o cümlədən də İranda səhvən tutulub həbsə salınmış Amerika vətəndaşlarının azadlığa buraxılması və onların vətənə qayıda bilməsi üçün bütün diplomatik səy və imkanlarımızdan istifadə edəcəyik”.

 

Maykl Vayt (Michael R. White)

 

Qeyd edək ki, Amerikanın krçmiş hərbçisi Maykl Vayt 2018-ci ilin iyul ayında qız dostunu görmək üçün İranın Məşhəd şəhərinə səfər edib. O, az sonra Məşhəddə yoxa çıxsa da, sonradan onun casusluqda günahlandırılaraq həbs edilməsi barədə məlumat yayılıb. Maykl Vaytın hazırda Məşhədin Vəkilabad zindanında saxlanıldığı təxmin edilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN