Pompeo: “İran rəhbərlərindən çoxu bizim üçün hədəf ola bilər”

Pompeo: “İran rəhbərlərindən çoxu bizim üçün hədəf ola bilər”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İran rəsmilərinə xəbərdarlıq edib.

 

O bildirib ki, rəsmi Tehran Qasım Süleymaninin intiqamını almaq üçün amerikalılara, ya ölkəsinin mənafeyinə hücum etsə, İranın rəhbərləri ABŞ ordusunun hədəfinə çevrilə bilər.

 

Pompeo Qasım Süleymanini öldürməkləri ilə bağlı isə qeyd edib ki, bu addım bütün beynəlxalq prinsip və normalara uyğundur.

 

“ABŞ-ın özünə qarşı planlaşdırılan hücumları hazırlayan və idarə edənlərə qarşı qanuni haqqı var. Biz İranın amerikalı əsgərləri hədəfə alması ilə bağlı mövcud olan real ehtimalları nəzərdə saxlayırıq”,- deyə Dövlət Departamentinin rəhbəri əlavə edib.

 

Xatırladaq ki, “Qüds Briqadası”nın komandanı Qasım Süleymani yanvarın 2-dən 3-nə keçən gecə ABŞ aviasiyasının keçirdiyi hava əməliyyatı nəticəsində Bağdad hava limanı yaxınlığında öldürülmüşdü.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN