Pompeo: “İran rejimi əldə etdiyi pulları terrorçu qruplaşmaların ixtiyarına qoyub”

Pompeo: “İran rejimi əldə etdiyi pulları terrorçu qruplaşmaların ixtiyarına qoyub”

GünAzTV: Dekabrın 4-də Brüsseldə keçirilən NATO toplantısında çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo, İranın nüvə razılaşmasının imzalanmasından sonra əldə etdiyi pulları hansı yollara sərf etməsindən danışıb.

 

Pompeo bildirib ki, İran nüvə sazişinin imzalanmasından sonra nəinki dünya ictimaiyyətinə qoşulmaqdan boyun qaçırıb, hətta terrorçu qruplaşmaların mühüm himayədarına çevrilib: “İran rejimi nüvə sazişinin bağlanmasından sonra əldə etdiyi pulları regionda terrorçu qruplaşmalarla diktatorların ixtiyarına qoyub.

 

İran hökuməti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri açıq-aşkar pozaraq, apardığı nüvə proqramının mahiyyəti barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə yalan danışıb, BMT-nin sanksiyalarından yayınmağa çalışıb. Bu isə qəbuledilməzdir və hesab edirəm ki, İranın bu addımının qarşısı alınmalıdır”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN