Pompeo: “İran rejimi MAGATE ilə əməkdaşlıqdan boyun qaçırır”

Pompeo: “İran rejimi MAGATE ilə əməkdaşlıqdan boyun qaçırır”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo sentyabrın 10-sa “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın apardığı gizli nüvə fəaliyyətindən və MAGATE ilə əməkdaşlıqdan imtina etməsindən danışıb.

 

Pompeo deyib ki, Amerika hökuməti İranın nüvə silahına yiyələnməsinə aparan bütün yolları bağlayacaq: “İran rejimi Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) ilə əməkdaşlıqdan boyun qaçırır. İranın MAGATE ilə əməkdaşlıq etməməsi isə onun apardığı nüvə fəaliyyətinin elan edilməmiş tərəfləri barədə yeni suallar ortaya çıxarır.

 

İranın bu tərzdə rəftarı isə onun 40 illik yalanları ilə üst-üstə düşür. Hesab edirəm ki, dünya bir daha aldanmayacaq” -deyə ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN