Pompeo: “İran rejimi öz xalqına yalan danışır, onu təhqir edir. Xamneyi öz xalqının sözünü eşitməlidir”

Pompeo: “İran rejimi öz xalqına yalan danışır, onu təhqir edir. Xamneyi öz xalqının sözünü eşitməlidir”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo yanvarın 16-da “Twitter” səhifəsində paylaşdığı iki yazıda İran rejiminin ölkə vətəndaşlarına yalan danışmasından və islam respublikası hakimiyyətinin öz legitimliyini itirməsindən danışıb.

 

Pompeo deyib ki, İran rejimi və onun başında duran axund Əli Xamneyi öz xalqının sözünə qulaq asmalı, onu təhqir etməkdən əl çəkməlidir: “İslam respublikası rejimi daima İran xalqına yalan danışır, onu təhqir edir. Bu rejim, qarşıdan gələn qeyri-şəffaf parlament seçkilərində minlərlə namizədin bir-biri ilə azad şəkildə rəqabət aparmasına mane olaraq, onların ölkə parlamentinə yol tapmasının qarşısını alıb.

 

Hətta İran prezidentinin özü də deyib ki, bu seçkilər həqiqi seçki deyil. İran rejimi gündən-günə öz legitimliyini itirir. Hesab edirəm ki, İran rəhbəri öz xalqının sözünü eşitməlidir. Dünya artıq İran xalqının səsini eşidib.

 

İran xalqı islam respublikası rejiminin onunla ədalətsiz davrandığını yaxşı bilir. Xalqın son günlər küçələrə axışıb hakimiyyətə qarşı etiraz bildirməsi isə rejim üçün bir mesajdır” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeonun “Twitter”də paylaşdığı yazılarında bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN