Pompeo: “İran rejiminə qarşı çıxmaq və İran millətinin istəklərinə dəstək vermək üçün beynəlxalq koalisiya yaratmışıq”

Pompeo: “İran rejiminə qarşı çıxmaq və İran millətinin istəklərinə dəstək vermək üçün beynəlxalq koalisiya yaratmışıq”

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 22-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək, İranın regiona qarşı real təhdidindən və Tehran rejiminə qarşı yaradılmış beynəlxalq koalisiyadan danışıb.

 

İclasa video vasitəsilə qatılan Pompeo rəsmi Tehranı bölgənin sabitliyini pozmağa cəhddə günahlandıraraq deyib ki, İranın regiona qarşı təhdidi çox ciddidir və Amerikanın başçılığı ilə yaradılan beynəlxalq koalisiya həmin təhdidin qarşısını almaq niyyətindədir: “Biz, yeni təhdidlərlə üz-üzə qalmışıq. Əlbəttə, bu təhdidlərin bəziləri o qədər də yeni deyil. Şimali Koreyanın atom proqramından tutmuş İranın xarici macəraçılıqları, eləcə də Çin iqtisadi modeli və bu ölkənin qonşuları ilə davranışı və öz ölkəsi daxilindəki mövcud istibdad sistemini qoruyub saxlamaq bu qəbildəndir.

 

Biz, İran rejiminə qarşı çıxmaq və İran millətinin istəklərinə dəstək vermək üçün beynəlxalq bir koalisiya yaratmışıq. Bu gün Orta Şərqdə, o cümlədən də Yəmən və Suriyada baş verən olaylarda İran təxribatçı bir amil kimi çıxış edir. Məhz buna görə də, biz İranın regionda apardığı dağıdıcı fəaliyyətinin qarşısını almaq, Orta Şərq millətlərinin layiq olduğu sabitliyi bərqərar etmək məqsədilə beynəlxalq bir koalisiya yaratmağımıza sevinirik. Biz, həmçinin gələn ay İran mövzusu ilə bağlı Varşavada keçiriləcək beynəlxalq konfrans zamanı nazirlər səviyyəsində bir toplantı keçirərək, bu məsələni müzakirəyə çıxaracağıq”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN