Pompeo: “İran rejiminin etirazçılara qarşı repressiyalarını əks etdirən 20 mindən çox video, şəkil və mesaj almışıq”

Pompeo: “İran rejiminin etirazçılara qarşı repressiyalarını əks etdirən 20 mindən çox video, şəkil və mesaj almışıq”

GünazTV: Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo noyabrın 26-da jurnalistlərlə görüşündə İran rejiminin son etirazlarda mülki vətəndaşlara qarşı həyata keçirdiyi amansız repressiyalarından danışıb.

 

Pompeo deyib ki, İrandakı molla rejiminin dinc etirazçılara qarşı nümayiş etdirdiyi vəhşiliyi və həyata keçirdiyi repressiyaları barədə ABŞ-ın Dövlət Departamentinə minlərlə məlumat daxil edilib: “Mən və prezident Tramp bütün İranda baş verən etirazları yaxından izləyirdik. İranda insanlar hakim rejimin başçılarının iqtisadi səriştəsizliyinə qarşı etiraz bildirmək üçün yenidən küçələrə axışmışdılar. Lakin son dərəcə qəddarlıq və zorakılıqla etirazları yatırdan İran İslam Respublikasının rejimi ölkədə baş verən etirazları xarici ölkələrə bağlamağa cəhd göstərdi.

 

İran rejimi ötən həftə ölkədə baş verən etirazlarla bağlı həqiqətlərin dünyaya yayılmasının qarşısını almaq üçün interneti kəsdi. Mən isə iranlılara müraciət edərək onlardan istədim ki, ölkədə yaşanan olaylarla bağlı məlumat və mesajlarını Amerika hökumətinə göndərsinlər ki, biz islam respublikasının əhaliyə qarşı repressiyalarını əks etdirən həmin məlumatlara söykənərək İran rejiminə sanksiya qoyaq.

 

Biz, bu günə qədər “Telegram” sosial şəbəkəsi vasitəsilə İran rejiminin etirazçılara qarşı repressiyalarını əks etdirən 20 mindən çox video, şəkil və mesaj almışıq. Ümid edirik ki, iranlılar ölkədə baş verən olaylarla bağlı öz mesaj və məlumatlarını bizə göndərməyi davam etdirəcəklər” –deyə, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN