Pompeo: “İran rəsmiləri sizdən oğurladıqları pullarla öz ailələrini Amerikaya göndərirlər” - VİDEO

Pompeo: “İran rəsmiləri sizdən oğurladıqları pullarla öz ailələrini Amerikaya göndərirlər” - VİDEO

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo Amerikanın İranda virtual səfirliyinin sosial şəbəkələrdəki hesabında İran İslam Respublikası rəsmilərinin Birləşmiş Ştatlarda yaşayan ailələri ilə bağlı sualları cavablandırıb.

 

Fevralın 9-da ABŞ Dövlət Departamentinin “Twitter” səhifəsində və “Youtube”da yaydığı videoda internet istifadəçilərinin suallarını cavablandıran Pompeo, İran rəsmilərinin ailə üzvlərinin Amerikaya köçüb bu ölkədə yaşamasına münasibət bildirib.

 

O, sosial şəbəkə istifadəçilərinin ona verdiyi “Amerika hökuməti niyə bu ölkədə yaşayan İran rəsmilərinin övladları və ailə üzvlərinə qarşı bir iş görmür” sualını cavablandıraraq deyib ki, Vaşinqton artıq bu məsələni araşdırmağa başlayıb: “Bu yaxşı sualdır. Verdiyiniz sual haqqında düşünün. İran millətinin həyatını məhv edən İran rəhbərləri öz uşaqlarını xaricə göndərirlər. Çünki onlar sərvət sahibidir. Çünki onlar sizin pullarınızı oğurlayıblar. Onlar korrupsiya yolu ilə pulunuzu əlinizdən almış, zəhmətkeş İran əhalisinə ziyan vurublar.

 

İran rəsmiləri sizin pulunuzla öz uşaqlarını təhsil almaq, bazarlıq etmək və Amerikadakı azadlıqlardan bəhrələnmək üçün xaricə göndərirlər. Onlar yaxşı bilirlər ki, hakim olduqları ölkə öz uşaqları üçün kifayət qədər yaxşı yer deyil. Bir sözlə, İran rəsmiləri deyirlər ki, İran İslam Respublikası ölkədə yaşayan əhali üçün yaxşıdır, lakin öz ailə və övladları üçün yaxşı yer deyil. Onlar məhz buna görə də, öz uşaqlarını xaricə, xüsusən də Amerikaya göndərirlər. Hazırda biz bu məsələni araşdırırıq. İranın dövlət adamlarının öz ailələrini xaricə göndərməsi bizi də düşündürür, nigaran edir”.

 

Qeyd edək ki, İran rəhbərlərinin rəsmi tribunalarda "Amerikaya ölüm" şüarı səsləndirməsinə baxmayaraq, onların əksəriyyətinin ailə üzvləri və övladları islam respublikasında və ya başqa hər hansı bir müsəlman ölkəsində yox, məhz Avropa ölkələrində, xüsusən də "düşmən" və "kafir" adlandırdıqları Amerikada yaşamağa üstünlük verirlər.

 

VİDEO:

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN