Pompeo: "İran və yaraqlılarının hər bir hücumuna qəti cavab veriləcək"

Pompeo:

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İsrailin Baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman və Əbu-Dabinin valiəhdi Məhəmməd ibn Zayid Əl-Nəhyan ilə telefon əlaqəsi yaradıb.


Dövlət Departamentinin yaydığı məlumata əsasən, Pompeo ibn Salman ilə İrana bağlı "Kətəibul-Hizbullah" yaraqlılarının ötən həftənin cümə günü Kərkükdə ABŞ koalisiyasına qarşı həyata keçirdikləri, 1 amerikalı podratçının ölümü, eləcə də amerikalı və iraqlı hərbçilərin yaralanmasına səbəb olan hücum ətrafında fikir mübadiləsi aparıb. Tərəflər həmçinin ABŞ-ın hücuma verdiyi qarşılığı müzakirə ediblər.


Pompeo telefon əlaqəsi zamanı qeyd edib ki, İran və ona bağlı hər hansı bir qruplaşmanın Amerika qüvvələri, müttəfiqləri və ya mənafeyinə qarşı təşkil edəcəyi bütün hücumlara ötən gün olduğu kimi, qəti cavab veriləcək.

 

Dövlət Departamentinin rəhbəri Benyamin Netanyahu və Məhəmməd ibn Zayid Əl-Nəhyan ilə də eyni mövzu ətrafında fikir mübadiləsi aparıb.


Pompeo həmçinin Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreş ilə də əlaqə saxlayaraq, ölkəsinin "Kətəibul-Hizbullah" yaraqlılarına qarşı hücumun İranı təxribatçı addımlardan yayındırmaq üçün həyata keçirildiyini deyib.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN