Pompeo: “İran xalqı deyir ki, oğru başçılarının idarə etdiyi dini hakimiyyət artıq yetər”

Pompeo: “İran xalqı deyir ki, oğru başçılarının idarə etdiyi dini hakimiyyət artıq yetər”

GünazTV: Amerika Dövlət Departamentinin katibi Mayk Pompeo noyabrın 28-də jurnalistlərə açıqlamasında İran xalqının ölkəyə hakim molla rejiminə qarşı çıxmasından və oğru başçıları olan ruhanilərin yönləndirdiyi dini hakimiyyətə qarşı mübarizəsindən danışıb.

 

Pompeo deyib ki, İran xalqı azadlığa və iqtisadi dirçəlişə nail olmaq üçün dini hakimiyyətə qarşı mübarizə aparır: “İranda baş verənlər, xalqın azadlıq və iqtisadi inkişaf uğrunda mübarizə və istəyidir. İran rejimi isə öz xalqını bundan məhrum edib. Bizim ötən həftələrdə gördüyümüz budur. İran xalqı deyir ki, oğru başçılarının idarə etdiyi dini hakimiyyət artıq yetər.

 

Tramp hökumətinin işə başlamasından sonra bizim yürütdüyümüz siyasət ondan ibarət olub ki, öz xalqını məhrumiyyət içində saxlayaraq onun sərvətlərini terrorizmə sərf edən İran rejimini və islam respublikasına hakim oğru başçılarını maliyyə mənbələrindən məhrum etmək olub. Açığını deyim. Öz xalqını cəzalandıran İran rejimi “Hizbullah”ı və İraqdakı şiə yaraqlılarını dəstəkləməklə öz vətəndaşlarını təhlükəyə məruz qoyub.

 

2019-cu ildə İranda kütləvi etirazlar cərəyan etdiyi bir vaxtda prezident Obama və onun komandası iranlı etirazçılara dəstək vermək üçün bir bəyanat belə yaymağa razı olmadılar. Lakin prezident Tramp və bizim komandamız onların tam əksinə getdi və açıq şəkildə bildirdik ki, biz islam respublikası rejiminin yox, İran xalqının yanındayıq.

 

Biz Obama hökumətinin əksinə olaraq, İran rejiminin dələduz başçılarını maliyyə mənbələrindən məhrum etdik. Amerikanın keçmiş hökuməti 150 milyon dolları təyyarəyə qoyub İrana göndərdi. Biz isə İran rejiminin regionda öz hegemonluğunu bərqərar etməsinin qarşısını almaq üçün əlimizdən gələni etdik” –deyə, ABŞ-ın merika dövlət katibi Mayk Pompeo əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN