Pompeo: “İran Yəmən müharibəsinin davam etməsi və atəşkəsin uğursuzluğa düçar olmasının əsas səbəbkarıdır”

Pompeo: “İran Yəmən müharibəsinin davam etməsi və atəşkəsin uğursuzluğa düçar olmasının əsas səbəbkarıdır”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın Yəmən müharibəsinə müdaxiləsini kəskin tənqid edib.

 

Pompeo bildirib ki, İran Yəməndə müharibənin davam etməsi və atəşkəsin uğursuzluqla nəticələnməsinə səbəb olan tək ölkədir.

 

“İran husiləri təlimatlandıraraq, Hüdeydə limanından çıxmamağa sövq edib, bunun nəticəsində də Yəməndə atəşkəs razılaşmasının icrası uğursuzluğa düçar olub”- deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

 

Xatırladaq ki, ötən ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının baş katibi İranın dəstəklədiyi husilər və Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası da daxil olmaqla, Yəmən vətəndaş müharibəsinin bütün tərəflərinin Hüdeydə limanında atəşkəs elan edilməsi ilə bağlı razılıq əldə etdiklərini bəyan etmişdi. Lakin bir neçə gün sonra yenidən liman ətrafında tərəflər arasında pərakəndə atışmaların baş verdiyi barədə məlumat yayılmışdı.

 

Qeyd etmək lazımdır ki, İran husilərə hərbi və maddi yardım göstərən yeganə ölkədir. Yəməndə vətəndaş müharibəsi başlayandan İran husiləri dəstəkləyir və bu günə qədər yaraqlılara milyardlarla dollar pul xərcləməklə yanaşı, onları hərbi ləvazimatlarla təchiz edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN