Pompeo: “İrana qarşı addımlar beynəlxalq qanunlar çərçivəsində atılacaq”

Pompeo: “İrana qarşı addımlar beynəlxalq qanunlar çərçivəsində atılacaq”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Trampın İranda 52 hədəfə qarşı hücum həyata keçirəcəkləri ilə bağlı yazdığı fikirləri şərh edib.

 

O qeyd edib ki, amerikalılar bilməlidirlər ki, vurulacaq hər bir hədəf ABŞ-ın mənafeyini qorumaq üçün həyata keçiriləcək qanuni hücum olacaq. O, həmçinin mümkün hücumların hər birinin Amerika qanunları ilə tam həmahəng olacağını deyib.

 

Xatırladaq ki, Donald Trampın ötən gün yazdığı Twitter status qalmaqala səbəb olmuşdu. O, rəsmi Tehranın ölkəsinin mənafeyinə qarşı hücum həyata keçirəcəyi təqdirdə, ABŞ-ın İranda müəyyən etdiyi 52 mühüm mərkəzi vuracağını bildirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN