Pompeo: “İrana qarşı sanksiyalar müsbət nəticələr bəxş edir”

Pompeo: “İrana qarşı sanksiyalar müsbət nəticələr bəxş edir”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İrana qarşı qəbul edilmiş sanksiyaları çox effektiv adlandırıb.

 

O, eyni zamanda ABŞ-ın dünyanın hər bir nöqtəsində bu sanksiyalara əməl edilib-edilməməsinə nəzarət etdiyini deyib.

 

Taylandda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının toplantısında iştirak edən Pompeo sanksiyalar nəticəsində İranın ən gəlirli sahəsi olan neft ixracatının kəskin azaldığını bildirib. O, eləcə də bu sanksiyaları pozan şirkət və ya dövlətlərə qarşı da embarqoların tətbiq edildiyini və bu işin davam edəcəyini vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, mayın 2-dən etibarən ABŞ-ın neft sanksiyalarında İran neftinin müştərisi olan 8 ölkəyə tanıdığı möhlət hüququnu uzatmamasından sonra bu ölkənin qara qızıl ixracatı iflic vəziyyətə düşüb. Son statistikalarda qeyd edilir ki, iyul ayı ərzində İran günlük yalnız 100 min barel neft ixrac edə bilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN