Pompeo İrandan sivil vətəndaşları girov götürməyi dayandırmağı tələb edib

Pompeo İrandan sivil vətəndaşları girov götürməyi dayandırmağı tələb edib

GünAz Tv: ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo yanvarın 20-si öz “twitter” səhifəsində İran hökumətini sivil vətəndaşları girov götürdüyünə görə tənqid edərək, ondan bu siyasətə son verməsini tələb edib.

 

O, amerikalıların İranda girovluqdan azad edilməsinin 40-ci il dönümü ilə bağlı şəkil paylaşaraq, bu sözləri yazıb: “40 il bundan əvvəl İranda ekstremistllər 52 amerikalı diplomatı 444 gün müddətində girov saxladıqdan sonra azad etmişdilər. İran rejimi hələ də günahsız amerikalıları girov görürməklə məşğuldur”.

 

Pompeo dini lider Əli Xamneyi, prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifi hazırda İran həbsxanalarında saxlanan bütün günahsız amerikalıları azad etməklə, girov götürmə siyasətinə son verməyə çağırıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN