Pompeo: “İranın İraqdakı təxribat xarakterli əməlləri adi bir məsələyə çevrilməməlidir”

Pompeo: “İranın İraqdakı təxribat xarakterli əməlləri adi bir məsələyə çevrilməməlidir”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo fevralın 19-da Səudiyyə Ərəbistanına səfəri ərəfəsində jurnalistlərə açıqlamasında İran rejiminin İraqda apardığı dağıdıcı fəaliyyətindən və Tehrana bağlı təmsilçi qüvvələrin Amerika vətəndaşlarına qarşı təhdidindən danışıb.

 

Pompeo deyib ki, o, Ər-Riyada səfərində Səudiyyə Ərəbistanı rəsmiləri ilə keçirəcəyi görüşlərdə əsasən İran məsələsini və onun regiona qarşı təhdidini müzakirə edəcək: “Biz, İran İslam Respublikasının təhlükəsizliyimizi hədəf alan təhdidləri barədə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedirik. Lakin keçirəcəyimiz görüşlərdə, həm də digər regional məsələlər barədə də danışıqlar aparacağıq.

 

İranın dəstəyi ilə Bağdadın yaşıl zonasına qarşı həyata keçirilən raket hücumlarına gəlincə, Biz İraq hökuməti ilə bu məsələni müzakirə edirik. İraq hökuməti bizim səfirliyimizin və hərbi təsisatlarımızın təhlükəsizliyini qorumaq üçün məsuliyyət daşıyır. Lakin onlar dəfələrlə bu işdə uğursuz olublar və üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirə bilməyiblər. Biz nəinki bu hücumları edənləri yaxalamaq istəyir, həm də İraq hökumətindən bu sahədə daha aktiv olmasını tələb edirik.

 

Mən heç vaxt əvvəlcədən bizim bu kimi hücumlara qarşı mümkün reaksiyamızın necə olacağını mediaya açıqlamıram. Lakin hesab edirik ki, İranın təmsilçi qüvvələrinin əli ilə İraqda etdiyi təxribat xarakterli əməlləri və onun Amerika vətəndaşlarının həyatını təhdid etməsi adi bir məsələyə çevrilməməlidir. Düşünürəm ki, bunun təkrar olunmasına yol vermək olmaz” -deyə, Amerikanın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfəri ərəfəsində jurnalistlərə açıqlamasında bəyan edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN