Pompeo: “İranın raket proqramını dayandırmaq üçün daha ağır məhdudiyyətlər qəbul etməliyik”

Pompeo: “İranın raket proqramını dayandırmaq üçün daha ağır məhdudiyyətlər qəbul etməliyik”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sədri Mayk Pompeo İranın kosmosa raket göndərmək üçün son uğursuz cəhdinə münasibət bildirib.

 

Pompeo rəsmi “twitter” səhifəsində yazıb ki, “İranın son raket sınağı nüvə razılaşmasının bu ölkənin raket proqramını dayandırmağa qadir olmadığını göstərir. İran öz raket arsenalını və gücünü artırmaqla BMT Təhlükəsizlik Şurasının qərarlarına tabe olmur”.

 

Xatırladaq ki, dünən Amerikanın Milli Radiosu NPR məlumat yayaraq, bildirmişdi ki, peyk vasitəsi ilə çəkilmiş fotolar İranın yenidən kosmosa peyk göndərməyə cəhd göstərdiyini nümayiş etdirir. Yayımlanmış fotolar İranın Şimalında yerləşən “İmam Xomeyni Kosmik Bazası”ndan çəkilib və NPR-in məlumatına görə, bu cəhd də uğursuz olub.

 

Pompeo həmçinin İrandan BMT-nin qətnamələri ilə ziddiyyət təşkil edən peyk daşıyan raket sınaqlarına son verməyi tələb edib.

 

Qeyd etmək lazımdır ki, İran yanvar ayında da kosmosa peyk göndərməyə cəhd göstərmişdi, lakin bu cəhd uğursuz olmuşdu. Bu isə öz növbəsində ABŞ və Avropa Biliyinin etirazlarına səbəb olmuşdu.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN