Pompeo: “İranın şərafətli xalqı İsrailə nifrət etmir. Nifrəti yaradan yalnız İran rejimidir”

Pompeo: “İranın şərafətli xalqı İsrailə nifrət etmir. Nifrəti yaradan yalnız İran rejimidir”

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo martın 2-də Vaşinqtonda keçirilən Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AİPAC) illik toplantısında çıxış edərək İranın beynəlxalq terrorizmə dəstəyindən və yürütdüyü antisemitizm siyasətindən danışıb.

 

İran rejimini terrorizmə dəstəkdə günahlandıran Pompeo deyib ki, İran İslam Respublikası və onun rəhbərləri hər zaman antisemitizm təbliğatı aparır, ona rəvac verir: “Dünyada terrorizmin ən böyük himayədarı olan İran İslam Respublikası və onun rəhbərləri müxtəlif yollarla, o cümlədən də yazılı vərəqələr və dərs kitabları vasitəsilə yəhudilərə qarşı nifrət hissinə rəvac verir. Lakin keçmiş tarixə və İran xalqının bu məsələyə münasibətinə gəldikdə, tam başqa bir mənzərənin şahidi oluruq.

 

Hamı yaxşı bilir ki, İranın şərafətli xalqı İsrailə və yəhudilərə nifrət etmir. Nifrəti yaradan, onu qızışdırıb rəvac verən və bu mövqedən çıxış edən yalnız İran rejimidir.

 

İranın apardığı nüvə fəaliyyətlərinə gəlincə, prezident Tramp bildirib ki, o, ABŞ prezidenti vəzifəsində çalışdığı müddətdə, İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək. Biz, İsraili əleyhinə çıxanlara qarşı konkret addımlar atmışıq. Biz, terrorizmi maliyyə baxımdan təmin edə bilməsin-deyə, İran İslam Respublikasına maksimum iqtisadi təzyiqlər göstərmiş, digər ölkələri İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasını terrorçu bir təşkilat kimi tanımağa vadar etmişik” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “AİPAC”in illik toplantısında etdiyi çıxışında bəyan edib.

 

Pompeo həmçinin bildirib ki, Tramp hökuməti “Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymanini öldürməklə, İsrailin düşməni olan ən böyük terrorçulardan birini ortadan götürüb və bununla da Orta Şərqdə sülh və sabitliyin bərqərar olunmasına yardım edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN