Pompeo: "İranla danışıqlara hər zaman hazırıq, amma bir şərtlə..."

Pompeo:

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo rəsmi Vaşinqtonun Tehranla danışıqlara hazır olduğunu bəyan edib.

 

Afrikada rəsmi səfərdə olan Pompeo bildirib ki, bunun üçün İran öz rəftarının köklü şəkildə dəyişməlidir, əks təqdirdə, maksimum təzyiq siyasəti davam edəcək.

 

"Biz tələsmirik, maksimum təzyiq kampaniyası davam edir. Bu, yalnız iqtisadi təzyiq deyil, həm də İranı diplomatik yolla təcrid etmək də onun tərkib hissəsidir", - deyə Dövlət Departamentinin rəhbəri jurnalistlərə verdiyi açıqlamada vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, ABŞ İranla 5+1 ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasını 2018-ci ilin may ayında tərk etdikdən sonra hər zaman rəsmi Tehranla yenidən hərtərəfli anlaşma əldə etmək üçün danışıqlara hazır olduğunu bəyan edir. İranlı rəsmilər isə müzakirələrə başlamaq üçün sanksiyaların aradan qaldırılmasını ilkin şərt kimi irəli sürürlər.

 

Digər tərəfdən, İranın "dini lideri" Xomeyninin Amerika ilə danışıqları qadağan etdiyini, özünün də onun bu qərarını dəstəklədiyini bəyan edir.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN