Pompeo iranlı jurnalist və qadın hüquq müdafiəçisi ilə görüşərək, onun məcburi hicaba qarşı fəaliyyətini yüksək qiymətləndirib

Pompeo iranlı jurnalist və qadın hüquq müdafiəçisi ilə görüşərək, onun məcburi hicaba qarşı fəaliyyətini yüksək qiymətləndirib

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo məşhur iranlı jurnalist və qadın hüquq müdafiəçisi Məsh Əlinəjadla görüşərək, ona İranda insan hüquqlarının müdafiəsi sahəsində apardığı fəaliyyətinə görə öz təşəkkürünü bildirib.

 

35 dəqiqə sürdüyü bildirilən görüş barədə, ABŞ Dövlət Departamenti sözçüsünün müavini Robert Palladino fevralın 4-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Pompeo İran millətinə dəstək vermək, onların səsini dünyaya çatdırmaq məqsədilə xanım Məsih Əlinəjadla görüşərək, onunla İranda insan hüquqları ilə bağlı acınacaqlı vəziyyət barədə söhbət aparıb: “Xanım Əlinəjad, İranda “Mənim gizli azadlıqlarım” və “Bəyaz çərşənbələr” kampaniyalarının təşəbbüskarıdır. Hər iki kampaniya, İranda qadınların məcburi hicab qanunlarına qarşı mübarizəsinə və onların ifadə azadlığının yüksəldilməsinə xidmət edir. Bu iki kampaniyanın vurtual aləmdə və sosial şəbəkələrdə 3 milyondan çox tərəfdarı və izləyicəsi var.

 

2018-ci ilin fevral ayında İran rejimi zorakılıq nümayiş etdirərək, məcburi hicaba qarşı etiraza qalxan cəsur qadınları və onlara dəstək verən kişiləri repressiyaya məruz qoydu. Nəticədə, 29 qadın İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi və onlara vəhşicəsinə fiziki və psixi təzyiq göstərildi. Repressiyalar nəticəsində çoxlu qadın ölkədən qaçmalı oldu, bəziləri isə tutulduqdan sonra 20 il həbsə məhkum edildi. Bu günkü görüşdə, ABŞ dövlət katibi, İranda insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü öhdəliyə görə və bu yolda göstərdiyi şücaətinə görə, Məsih Əlinəjada öz təşəkkürünü bildirib”.

 

 

Qeyd edək ki, keçmişdə İran parlamentində müxbir kimi fəaliyyət göstərən Məsih Əlinəjad, 2005-ci ildə yazdığı bir məqalədə, ölkə əhalisinin əksəriyyəti yoxsul vəziyyətdə yaşadığı bir vaxtda, İran parlamentinin deputatlarına külli miqdarda bayramlıq (bayram pulu) verildiyini ifşa etdiyinə görə işdən quvularaq, təzyiqlərə məruz qalıb. Az sonra, jurnalist ona göstərilən təzyiqlərə dözməyərək, ölkəni tərk edərək mühacirət etmək məcburiyyətində qalıb. O, hazırda Nyu-York şəhərində yaşayıb, fəaliyyət göstərir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN