Pompeo: “İranlılar əzab içində olduğu halda, onların dollarları Venesuelada Maduro hökumətinə dəstəyə sərf edilir”

Pompeo: “İranlılar əzab içində olduğu halda, onların dollarları Venesuelada Maduro hökumətinə dəstəyə sərf edilir”

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo aprelin 15-də jurnalistlərlə görüşündə İran rəhbərlərinin ölkədə baş verən daşqın və seldə zərər çəkənlərin ağır durumuna laqeydliyindən və rəsmi Tehranın digər ölkələrdə terrorizmə rəvac verməsindən danışıb.

 

İranı terrorizmi digər ölkələrə ixrac etmkdə günahlandıran Pompeo bildirib ki, İran xalqı ölkədə baş vermiş təbii fəlakətdən əziyyət çəkdiyi və ehtiyac içində olduğu bir vaxtda, islam respublikası rəhbərliyi onların pullarını diktatorların qorunması uğrunda xərcləyir: “İranda böyük bir sel fəlakəti baş verib. Təəssüflər olsun ki, bu olay bizim mediada kifayət qədər öz əksini tapmayıb. Lakin belə bir ağır durumda iranlılar əzab-əziyyət və ehtiyac içində olduğu bir vaxtda, onların dollarları (pulları) Venesuelada Nikolas Maduroya və onun hökumətinə dəstəyə sərf edirlir.

 

Biz, İran xalqına ölkədə müəyyən dəyişikliklər yaratmaq üçün yardım etmək istəyirik. Elə bir dəyişikliklər ki, İran İslam Respublikası dünyada artıq terrorizmin ən böyük himayədarı olmasın. Bizim istəyimiz bu qədər sadədir”- deyə Pompeo əlavə edib.

 

Qeyd edək ki, Venesuelada yaşanan böhranda İran rejimi bu ölkənin hakim diktatoru Nikolas Maduru və onun hökumətinə dəstək versə də, Venesuela əhalisinin əksəriyyəti müxalifətin lideri Xuan Quaidonu dəstəkləyir və ölkədə demokratik dəyişikliklərin yaranmasını tələb edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN