Pompeo: “Körfəzdəki əsgərlərimiz İranın hər hansı bir təcavüz və təhdidinin qarşını almağa hazırdırlar”

Pompeo: “Körfəzdəki əsgərlərimiz İranın hər hansı bir təcavüz və təhdidinin qarşını almağa hazırdırlar”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo iyunun 18-də Florida ştatındakı hava qüvvələrinə məxsus bir hərbi bazada çıxış edərək, Amerikanın körfəzdəki əsgərlərindən və İranın Vaşinqtona və onun regional müttəfiqlərinə qarşı təhdidindən danışıb.

 

Pompeo deyib ki, Tramp hökuməti İranla müharibə aparmağın tərəfdarı deyil: “Amerika əsgərlərinin körfəzə göndərilməsi və onların oradakı varlığı, İranın hər hansı bir təcavüz və təhdidinin qarşını almaq üçündür. Daha doğrusu, Amerikanın Mərkəzi Qüvvələr Komandanlığındakı (Centcom) əsgərlər İranın istənilən təhdidinə kəskin cavab verməyə hazırdırlar. Bütün səylər isə ona yönəlib ki, İran İslam Respublikası bizim öz mövqeyimizdə ciddi olduğumuzu başa düşsün və regionda yürütdüyü təcavüz siyasətindən əl çəksin. Bu səylər bundan sonra da davam edəcək.

 

Biz, İrana qarşı maksimum təzyiq kampaniyasını qoruyub saxlayacaq, İranın regiona hegemonluğunun qarşısını alacağıq. Hesab edirik ki, İranın regionda yürütdüyü hazırkı təhdid və təcavüz siyasəti heç də onun xeyrinə deyil və yaxşısı budur ki, bu siyasətinə yenidən baxsın” –deyə Mayk Pompeo əlavə edib.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiya və Norveçə məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü  vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, bu olayda əli olduğunu təkzib edir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN